banner
banner

İdman

"Tour d`Azerbaidjan-2017" may ayında keçiriləcək

"Tour d`Azerbaidjan-2017" may ayında keçiriləcək

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d`Azerbaidjan" veloyürüşü gələn il 3-7 may tarixlərində keçiriləcək. Artıq bu yarış UCİ-ın 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim plana daxil edilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, veloturun məhz bu tarixlərdə keçirilməsi mayın 12-22-də Azərbaycanın qəbul edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları ərəfəsində dünya idman ictimaiyyətinin diqqətini bir daha ölkəmizə yönəltmək üçün gözəl imkandır.

Xatırladaq ki, Bakı-2015 İlk Avropa Oyunları öncəsi təşkil olunan “Tour d`Azerbaidjan” veloyürüşünün marşrutu da məhz Oyunların keçirildiyi idman qurğularını təbliği baxımından mühüm əhəmiyyət kəsb edirdi.

UCİ-ın təqvim planında nüfuzuna görə dünya çempionatı və Dünya Kubokundan sonra gələn, növbəti il oktyabrın 1-də Azərbaycanda keçiriləcək dağ velosipedi üzrə HC (High-Class) kateqoriyalı "Champion-Race Azerbaijan" beynəlxalq yarışı da yer alıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.